Dünya əmtəə birjalarında qiymətli metalların dəyərində ciddi azalma müşahidə olunur. Qızılın qiyməti son aylarda ilk dəfə 3950 dollar həddindən aşağı düşüb, gümüş bazarında isə ucuzlaşma daha kəskin olub.
Xəbəraxını xəbər verir ki, “Comex” birjasında 2026-cı ilin dekabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçersləri 2025-ci ilin noyabrından bəri ilk dəfə bir troy unsiyası üçün 3950 dollar səviyyəsindən aşağı enib.
Qısamüddətli ticarət əməliyyatları zamanı qızılın qiyməti 2,06 faiz azalaraq 3948,3 dollar təşkil edib.
Gümüşün qiymətində daha böyük geriləmə
Qiymətli metallar bazarında ucuzlaşma gümüşə də təsir edib. Birja məlumatlarına əsasən, gümüşün dəyəri 4,98 faiz aşağı düşərək bir troy unsiyası üçün 49,77 dollara enib.
Beləliklə, son ticarət əməliyyatlarında həm qızıl, həm də gümüş əhəmiyyətli dəyər itkisi ilə üzləşib.
