“Qarabağ” – “Neftçi” derbisi bu gün keçiriləcək: Matçın başlama saatı bəllidir

“Qarabağ” – “Neftçi” derbisi bu gün keçiriləcək: Matçın başlama saatı bəllidir

Misli Premyer Liqasının VIII turunda turun mərkəzi qarşılaşması bu gün keçiriləcək. Azərbaycan futbolunun iki köklü klubu – “Qarabağ” və “Neftçi” üz-üzə gələcək.

Xəbəraxını xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının məlumatında bildirilir.

Görüş oktyabrın 17-də, saat 19:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Qarşılaşmanı FIFA referisi Kamal Umudlu idarə edəcək. Ona yan xətt hakimləri Namiq Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. VAR hakimi Əli Əliyev olacaq.

Qeyd edək ki, hər iki komanda üçün bu oyun turnir cədvəlində mövqelərini möhkəmləndirmək baxımından əhəmiyyət daşıyır. Qarşılaşmanın nəticəsi VIII turun diqqətçəkən hadisələrindən biri olacaq.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir