Pezeşkian Moskvaya gedir: Putinlə hansı məsələlər müzakirə olunacaq?

Pezeşkian Moskvaya gedir: Putinlə hansı məsələlər müzakirə olunacaq?

İran Prezidenti Məsud Pezeşkianın oktyabrın 27-də Moskvaya səfəri zamanı Rusiya lideri Vladimir Putinlə bir sıra mühüm məsələləri müzakirə etməsi gözlənilir. Danışıqların əsas gündəliyində iqtisadi əlaqələr, enerji təhlükəsizliyi və geosiyasi proseslər yer alacaq.

Xəbəraxını xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfiri Kazem Cəlali “RİA Novosti”yə açıqlamasında məlumat verib.

Diplomatın sözlərinə görə, görüş zamanı tərəflər aktual beynəlxalq və siyasi məsələlər ətrafında da fikir mübadiləsi aparacaqlar.

Kazem Cəlali bildirib ki, liderlərin görüşünün yekununda hər hansı sənədin imzalanması planlaşdırılmır.

Qeyd edək ki, Məsud Pezeşkian oktyabrın 27-də Rusiyanın paytaxtında keçiriləcək Qaz İxrac Edən Ölkələr Forumunun (QİÖF) sammitində iştirak edəcək. Səfər çərçivəsində Putinlə nəzərdə tutulan görüşün də keçirilməsi planlaşdırılır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir