Paşinyan və Kobaxidze arasında telefon danışığı olub

Paşinyan və Kobaxidze arasında telefon danışığı olub

Ermənistanın Baş naziri Nikol Paşinyan və Gürcüstanın Baş naziri İrakli Kobaxidze arasında telefon danışığı keçirilib.

“Armenpress”ə istinadən xəbər veririk ki, bu barədə Ermənistan Baş nazirinin ofisi məlumat yayıb.

Telefon danışığı zamanı Ermənistan və Gürcüstan arasında strateji münasibətlərin gündəliyində olan məsələlər nəzərdən keçirilib. Tərəflər, həmçinin müxtəlif istiqamətlər üzrə əməkdaşlığın inkişafını müzakirə ediblər.

Söhbət zamanı Nikol Paşinyan oktyabr ayında Ermənistanda keçiriləcək Bioloji Müxtəliflik üzrə Konvensiyanın Tərəflər Konfransının 17-ci sessiyasına (COP 17) da toxunub. Ermənistanın Baş naziri İrakli Kobaxidzeni COP 17 çərçivəsində təşkil olunacaq Liderlər Zirvəsinə qatılmaq üçün Ermənistana dəvət edib.

İrakli Kobaxidze dəvəti qəbul etdiyini bildirib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir