Pakistan Ermənistana ilk səfirini təyin edib

Pakistan Ermənistana ilk səfirini təyin edib

Pakistan Ermənistanla diplomatik münasibətlər qurmasından bir il sonra bu ölkəyə ilk səfirini göndərib.

Pakistanın İrəvandakı ilk səfiri Şavkat Ali Xan etimadnaməsini Ermənistan Prezidenti Vaaqn Xaçaturyana təqdim edib. Görüşdə iki ölkə arasında qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Qeyd edək ki, Ermənistanla Pakistan arasında diplomatik münasibətlərin qurulmasına dair birgə sənəd 2025-ci il avqustun 31-də imzalanıb. Sənədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar imza atıblar.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir