Pakistan Ermənistanla diplomatik münasibətlər qurmasından təxminən bir il sonra bu ölkəyə ilk səfirini təyin edib.
Pakistanın İrəvandakı ilk səfiri Şavkat Ali Xan etimadnaməsini Ermənistan Prezidenti Vaaqn Xaçaturyana təqdim edib. Görüş zamanı tərəflər qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər.
Qeyd edək ki, Ermənistan və Pakistan arasında diplomatik münasibətlərin qurulmasına dair sənəd 2025-ci il avqustun 31-də imzalanıb. Sənədi iki ölkənin xarici işlər nazirləri Ararat Mirzoyan və Məhəmməd İshaq Dar imzalayıblar.
