Özəl bağçaya gedən uşaqlar üçün dövlət dəstəyi başladı – 124 bağça seçilib

Özəl bağçaya gedən uşaqlar üçün dövlət dəstəyi başladı – 124 bağça seçilib

Azərbaycanda məktəbəqədər təhsil sahəsində yeni maliyyələşmə modelinin tətbiqinə başlanılıb. Dövlət dəstəyi ilə seçilmiş 124 özəl məktəbəqədər təhsil müəssisəsində uşaqlar üçün tədris prosesi artıq başlayıb.

Xəbəraxını Elm və Təhsil Nazirliyinin məlumatına əsasən xəbər verir ki, yeni mexanizm valideyn-dövlət-özəl əməkdaşlığı əsasında həyata keçirilir. Modelin əsas məqsədi məktəbəqədər təhsilin əlçatanlığını artırmaq, daha çox uşağın bağçalarla əhatə olunmasına imkan yaratmaq və valideynlər üçün seçim imkanlarını genişləndirməkdir.

Yeni qaydalara əsasən, dövlət seçilmiş özəl bağçalara qəbul olunan uşaqların təhsil haqqının 70 faizini maliyyələşdirir. Dövlət dəstəyinin məbləği Bakı şəhərində hər uşaq üçün aylıq 350 manatadək, digər şəhər və rayonlarda isə 250 manatadək müəyyənləşdirilib.

Təhsil haqqının dövlət tərəfindən qarşılanmayan hissəsi isə valideyn tərəfindən ödənilir.

Maliyyələşmə modelinin tətbiqi üçün keçirilən müsabiqə çərçivəsində ümumilikdə 124 özəl məktəbəqədər təhsil müəssisəsi seçilib. 2026/2027-ci tədris ili ərzində bu mexanizm vasitəsilə özəl bağçalarda 8 min uşağın dövlət dəstəyi ilə təhsil alması nəzərdə tutulub.

Qeyd edək ki, yeni model Nazirlər Kabinetinin 17 iyul 2026-cı il tarixli 218 nömrəli qərarı əsasında tətbiq edilir. Dövlət dəstəyi ilə maliyyələşdirilən yerlərə qəbul olunan uşaqların təhsil aldığı müəssisələrin fəaliyyəti də monitorinq olunacaq.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir