“New York Times” əməkdaşı güllələndi: Qayınatası və qayınanası saxlanıldı

“New York Times” əməkdaşı güllələndi: Qayınatası və qayınanası saxlanıldı

ABŞ-nin “The New York Times” qəzetinin 40 yaşlı əməkdaşı Conatan Makkinzi Kaliforniyanın Dublin şəhərində güllələnərək öldürülüb. Qətldə onun həyat yoldaşının 77 yaşlı valideynləri şübhəli bilinərək saxlanılıb.

Xəbəraxını “Qafqazinfo”ya istinadən xəbər verir ki, Makkinzinin meyiti şəhərdəki idman kompleksinin dayanacağında güllə yaraları ilə aşkarlanıb. Hadisə yerinə yaxın ərazidə olan polis serjantı onu görüb, şahidlər isə yaşlı cütlüyün yaxınlıqda olduğunu bildiriblər.

Polis 77 yaşlı Şouyonq Çanq və Şili Çeni qətl və digər ittihamlarla saxlayıb. Onların məhkəmə qarşısına çıxarılması planlaşdırılır.

Qətl Makkinzi ilə həyat yoldaşı Kendis Canqın boşanma işi üzrə məhkəmə iclasından təxminən bir həftə əvvəl baş verib. Cütlük 2012-ci ildən evli olub və üç azyaşlı övladı var.

Məhkəmə sənədlərinə görə, tərəflər arasında uzun müddətdir ailədaxili mübahisələr yaşanıb. Kendis Canq 2023-cü ildə Makkinzini uşaqlardan birinə qarşı fiziki zorakılıqda ittiham edərək polisə müraciət edib. Daha sonra tərəflər bir-birlərinə qarşı müdafiə orderləri tələb edib və boşanma prosesi başlayıb.

Makkinzi isə uşaqlarının təhlükəsizliyi ilə bağlı narahatlığını bildirib və məhkəmə sənədlərində qayınanasının ona və övladlarından birinə qarşı LGBTQ+ əleyhinə təhqiramiz ifadələr işlətdiyini iddia edib.

Makkinzi 2023-cü ilin yanvarından “The New York Times”da çalışırdı. O, qəzetin “New York Times Games” bölməsində mühəndislik direktoru vəzifəsində işləyib.

Polis qətlin motivini və hadisənin digər təfərrüatlarını araşdırır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir