Nepaldakı sel fəlakətində ölənlərin sayı 1204-ə çatıb

Nepaldakı sel fəlakətində ölənlərin sayı 1204-ə çatıb

Nepalda ötən həftə baş verən güclü sel fəlakəti nəticəsində ölənlərin sayı 1204 nəfərə yüksəlib. Hadisə zamanı 4216 nəfərin itkin düşdüyü bildirilir.

Bu barədə Nepalda Milli Fəlakət Risklərinin Azaldılması və İdarə Edilməsi Qurumu (NDRRMA) açıqlama yayıb.

Hazırda fəlakətin baş verdiyi ərazilərdə axtarış-xilasetmə əməliyyatları davam etdirilir. Sel sularının apardığı 8 müxtəlif ərazidən meyitlərin çıxarıldığı qeyd olunub.

Məlumata əsasən, təbii fəlakət nəticəsində 301 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Helikopterlərin də cəlb olunduğu xilasetmə əməliyyatları zamanı 11 993 nəfər təxliyə edilərək təhlükəli ərazilərdən çıxarılıb.

Hazırda 4216 nəfər itkin hesab olunur. Onların arasında təxminən 900 hidroelektrik stansiya əməkdaşı və 583 xarici ölkə vətəndaşının olduğu bildirilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir