Nepalda baş verən güclü daşqınlar nəticəsində ölənlərin sayı 1386 nəfərə çatıb.
Bu barədə Çin Mərkəzi Televiziyası Nepal hakimiyyətinin məlumatına istinadən xəbər yayıb.
Məlumata görə, daşqınlar zamanı 5100-dən çox insan itkin düşmüş hesab olunur.
Xatırladaq ki, avqustun 26-da Nepal və Çin sərhədində yerləşən ərazilərdə güclü daşqın hadisəsi baş verib. İlkin ehtimallara əsasən, təbii fəlakətə zəlzələ nəticəsində buzlağın çökməsi səbəb olub.
