Nepalda daşqın faciəsi: ölənlərin sayı 629-a yüksəlib

Nepalda daşqın faciəsi: ölənlərin sayı 629-a yüksəlib

Nepalda baş verən güclü daşqın nəticəsində ölənlərin sayı 629 nəfərə çatıb. 2 426 nəfərin isə itkin düşdüyü bildirilir.

Məlumatı Nepalın Təbii Fəlakətlərlə Mübarizə Agentliyi yayıb.

Qeyd edək ki, daha əvvəl təbii fəlakət nəticəsində 616 nəfərin öldüyü açıqlanmışdı.

Nepalın maliyyə naziri Svarnim Vaqle “Reuters”ə açıqlamasında daşqından sonra ölkədə bərpa işlərinin aparılması üçün 4-5 milyard dollara qədər vəsait tələb oluna biləcəyini deyib.

Nazirin sözlərinə görə, bu rəqəm ilkin təxminlərə əsaslanır və hazırda fəlakətin vurduğu zərər və itkilərin hesablanması davam edir.

Xarici işlər naziri Şişir Xanal isə bildirib ki, Nepal insanların tunellərdən xilas edilməsi, nəqliyyat və kommunikasiya infrastrukturunun bərpası, ölənlərin şəxsiyyətinin müəyyənləşdirilməsi və DNT testlərinin aparılması kimi ixtisaslaşmış və texniki sahələrdə beynəlxalq yardıma ehtiyac duyur.

Nepal hökuməti beynəlxalq axtarış-xilasetmə qruplarının ölkəyə cəlb olunmaması ilə bağlı əvvəlki qərarını da ləğv edib.

Medianın yaydığı məlumata görə, bu qərarın dəyişdirilməsinə vətəndaşları itkin düşən ölkələrin diplomatik təzyiqi səbəb olub.

Xatırladaq ki, avqustun 26-da səhər saatlarında Nepalın şimalında güclü daşqın baş verib. İlkin məlumatlara əsasən, fəlakətə Nepal-Çin sərhədində, “Rasuvaqadi” sərhəd keçid məntəqəsindən təxminən 20 kilometr şimal-şərqdə baş verən qaya uçqunu səbəb olub.

Hadisə nəticəsində yüzlərlə insan, o cümlədən təxminən 500 xarici vətəndaş itkin düşüb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir