Naxçıvanda 60 yeni elektrik avtobusu istifadəyə verilib

Naxçıvanda 60 yeni elektrik avtobusu istifadəyə verilib

Naxçıvan şəhərində 60 ədəd yeni elektrik mühərrikli avtobus sərnişindaşıma xidmətinə cəlb olunub.

Baku TV-yə istinadən xəbər veririk ki, bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvan şəhərində istifadəyə veriləcək elektrik avtobuslarına baxış keçirib, həmçinin Naxçıvan Muxtar Respublikasının dəmir yolu infrastrukturunda aparılan yenidənqurma işləri ilə tanış olublar.

Müasir standartlara cavab verən avtobusların istifadəyə verilməsi ilə Naxçıvan şəhərində 9 marşrut xətti üzrə il ərzində 4,5 milyon sərnişinə xidmət göstərilməsi mümkün olacaq.

Avtobusların hərəkəti xüsusi monitorinq mərkəzi vasitəsilə real vaxt rejimində izləniləcək. Sistemin tətbiqi sərnişinlərin təhlükəsiz və fasiləsiz daşınmasına nəzarətin gücləndirilməsinə imkan verəcək.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir