Azad edilmiş ərazilərdə 2048 hektardan çox sahə minalardan təmizlənib

Azad edilmiş ərazilərdə 2048 hektardan çox sahə minalardan təmizlənib

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində avqustun 24-dən 30-dək aparılan minatəmizləmə əməliyyatları zamanı 29 tank əleyhinə mina, 161 piyada əleyhinə mina və 689 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) həftəlik hesabatında məlumat verilib.

Hesabat dövründə ümumilikdə 2048,7 hektar ərazi mina və digər partlayıcı təhlükələrdən təmizlənib.

Minatəmizləmə işləri ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, beş yerli təşkilat və bir qeyri-hökumət təşkilatının iştirakı ilə həyata keçirilib.

Əməliyyatlar Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının ərazilərini, həmçinin Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərini əhatə edib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir