Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı polis araşdırmaya başlayıb

Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı polis araşdırmaya başlayıb

Yeni tədris ilinin ilk günündə məktəblilər tərəfindən çəkilən görüntülərlə bağlı polis araşdırmaya başlayıb.

Belə ki, məktəbli formasında olan şagirdlərin sinif otağında elektron siqaretdən istifadə edərək sosial şəbəkədə canlı yayım açması ilə bağlı görüntülər yayılıb.

Görüntülərin 264 saylı məktəb-liseydə qeydə alındığı bildirilir.

Videoda qız şagirdin elektron siqaretdən istifadə etməsi, eyni zamanda sinif otağında sosial şəbəkədə canlı yayım açması əks olunub. Onun uzun, prosedur edilmiş dırnaqları da diqqət çəkib.

Görüntülərin məhz tədris ilinin ilk dərs günündə və məktəb daxilində çəkilməsi ciddi narahatlıq yaradıb. Məktəbdə elektron siqaretdən istifadə və bunun sosial şəbəkədə canlı yayımlanması həm təhlükəli hal kimi qiymətləndirilir, həm də təhsil müəssisəsində nəzarət məsələsini gündəmə gətirir.

İlkin yayılan məlumatda görüntülərin Bakıdakı 138 saylı məktəbdə çəkildiyi şagirdlərin özləri tərəfindən bildirilsə də, son məlumatlara əsasən, hadisənin 264 saylı məktəb-liseydə baş verdiyi qeyd olunur.

Faktla bağlı polis araşdırma aparır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir