Ölkənin ilk ödəniş terminalı şəbəkəsi olan “Milliön”un terminallarının sayı 6 500-ə yüksəlib.
Şəbəkə vasitəsilə kommunal xidmətlər, internet, mobil rabitə və yüzlərlə digər ödənişi günün 24 saatı, həftənin 7 günü həyata keçirmək mümkündür.
Bundan əlavə, ölkədə fəaliyyət göstərən əksər banklar üzrə ödəniş və bank kartlarına mədaxil əməliyyatları komissiya tutulmadan həyata keçirilir.
Beləliklə, “Milliön” ölkə üzrə ən geniş ödəniş terminalı şəbəkəsinə çevrilib.
