Bakının Sabunçu rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Hadisə avqustun 30-da saat 22 radələrində Maştağa qəsəbəsində qeydə alınıb.
1989-cu il təvəllüdlü Azat Aşıroviç Yazklıçov yaşadığı evin damında təmir işləri apararkən elektrik cərəyanının təsirinə məruz qalıb. O, cərəyan vurması nəticəsində damdan yıxılaraq həyatını itirib.
Məlumata görə, A.Yazklıçov informasiya texnologiyaları üzrə mütəxəssis olub.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.
