Azərbaycan Mətbuat Şurasının yeni sədri müəyyənləşib. Vüqar Zifəroğlu qurumun rəhbəri seçilib.
Xəbəraxını xəbər verir ki, qəra Azərbaycan jurnalistlərinin IX qurultayı çərçivəsində keçirilən səsvermənin nəticələrinə əsasən qəbul olunub. Mətbuat Şurasının yeni seçilmiş İdarə Heyətinin qərarı ilə Vüqar Zifəroğlunun namizədliyi sədr vəzifəsinə irəli sürülüb.
Səsvermənin yekununda o, Mətbuat Şurasının yeni sədri seçilib.
Qeyd edək ki, Vüqar Zifəroğlu Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanıdır. O, bu vəzifədə Rəşad Məcidi əvəz edib.
