Məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi

Məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi

Bakının Qaradağ rayonunda məktəb direktoruna məxsus avtomobilin yandırılması ilə bağlı cinayət işi üzrə şübhəli şəxs saxlanılıb. Hadisə zamanı yaxınlıqda uşaqların da olduğu bildirilir.

Xəbəraxını xəbər verir ki,  məlumata görə, hadisə oktyabrın 12-də baş verib. Avtomobilin yandırılması nəticəsində xəsarət alan olmayıb.

Hadisəni törətməkdə şübhəli bilinən şəxsin saxlanıldığı və barəsində hüquqi tədbirlərin görüldüyü bildirilir. Hadisənin anbaan görüntüləri də yayılıb.

Faktla bağlı araşdırma aparılır. Hadisənin motivi və şübhəlinin kimliyi barədə əlavə məlumat açıqlanmayıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir