Kəngərli rayonunda bir ailənin üzvlərinin olduğu avtomobil qəzaya uğrayıb. Hadisə nəticəsində körpə həyatını itirib.
Xəbəraxını.az xəbər verir ki, qəza rayonun Xok kəndi ərazisində qeydə alınıb.
Belə ki, 77-KS-302 dövlət qeydiyyat nişanlı “KİA” markalı avtomobilin aşması nəticəsində nəqliyyat vasitəsində olan 1994-cü il təvəllüdlü Quliyev Məğrur Məşur oğlu və onun həyat yoldaşı, 2000-ci il təvəllüdlü Quliyeva Gülarə Elçin qızı xəsarət alıblar.
Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.
Qəza zamanı ailənin 2026-cı il təvəllüdlü övladı Qasımov Rəvan Məğrur oğlu isə dünyasını dəyişib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
