Kəlbəcərdə ilk əmək yarmarkası keçiriləcək – 90-dan çox vakansiya

Kəlbəcərdə ilk əmək yarmarkası keçiriləcək – 90-dan çox vakansiya

Kəlbəcər rayonunda ilk dəfə əmək yarmarkası təşkil olunacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, aktiv məşğulluq tədbiri 8 sentyabr saat 11:30-da Kəlbəcər şəhərinin Mərkəzi meydanında keçiriləcək.

Yarmarkada dövlət və özəl sektoru təmsil edən 16 müəssisə tərəfindən işaxtaranlara 90-dan çox vakansiya təqdim ediləcək.

Təklif olunan iş yerləri arasında mühəndis-energetik, böyük mühəndis, xidmət rəisi, növbətçi elektrik montyoru, qaynaqçı, yanacaq maşını sürücüsü, çilingər, qənnadıçı, satıcı və aşpaz kimi peşələr yer alır.

Tədbirə qatılan şəxslərə Agentliyin həyata keçirdiyi digər aktiv məşğulluq proqramları və layihələri barədə də məlumat veriləcək.

Yarmarkada iştirak etmək istəyən namizədlər şəxsiyyət vəsiqələrini mütləq təqdim etməlidirlər.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir