Kral III Çarlz Harri və Meqanın statusuna aydınlıq gətirib

Kral III Çarlz Harri və Meqanın statusuna aydınlıq gətirib

Böyük Britaniya Kralı III Çarlzın adından göndərilən məktubda Şahzadə Harri və həyat yoldaşı Meqanın ölkəyə qayıtmasına baxmayaraq, kral ailəsinin işləyən üzvləri kimi rəsmi fəaliyyət göstərməyəcəkləri bildirilib.

Məktub cütlüyün övladları Arçi və Lilibetlə birlikdə ötən ay ABŞ-dan Böyük Britaniyaya köçməsindən sonra onların kral ailəsindəki statusuna aydınlıq gətirilməsi məqsədilə hazırlanıb.

Sarayın yüksəkvəzifəli rəsmisi Lord Çemberlen tərəfindən kralın adından göndərilən sənəddə Harri və Meqanın “His/Her Royal Highness” (HRH) – “Əlahəzrət” titullarından istifadə edə bilməyəcəkləri qeyd olunub. Onların kommersiya və xeyriyyəçilik fəaliyyəti ilə məşğul olan özəl vətəndaşlar kimi fəaliyyət göstərəcəkləri bildirilib.

Məktubun Şahzadə Harrinin komandasına, eləcə də hökumət, hərbi strukturlar və Lord-Leytenantlara göndərildiyi açıqlanıb. Sənəddə Harri və Meqanın qatılacağı tədbirlərin şəxsi xarakter daşıyacağı və onların bu tədbirlərdə kral ailəsini təmsil etməyəcəkləri vurğulanıb.

Məktubda 2020-ci ildə cütlüyün Böyük Britaniyanı tərk etməsindən sonra əldə edilən razılaşmanın qüvvədə qaldığı da bildirilib. Həmin razılaşmaya əsasən, Harri və Meqanın həm şəxsi kommersiya fəaliyyəti ilə məşğul olması, həm də kral ailəsinin işləyən üzvləri kimi çıxış etməsi nəzərdə tutulmur.

Sənəddə qeyd edilib ki, 2020-ci ilin yanvarından etibarən Sasseks hersoqu və hersoginyası monarx adından təmsilçilik vəzifələrini yerinə yetirməkdən imtina edib və artıq kral ailəsinin işləyən üzvləri hesab olunmurlar.

Bundan əlavə, onların xeyriyyəçilik fəaliyyətinin də şəxsi xarakter daşıdığı bildirilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir