Ukraynanın paytaxtı Kiyevdə dron hücumları nəticəsində daha bir Azərbaycan vətəndaşı xəsarət alıb.
Xəbəraxını “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Milli Polisi məlumat yayıb.
Bildirilib ki, yaralanan şəxs 1980-ci il təvəllüdlü Azərbaycan vətəndaşı Əhmədov İlqar Həşəm oğludur.
O, Kiyevin Vişneve rayonunda dron hücumuna məruz qalaraq xəsarət alıb. Hazırda onun vəziyyətinin stabil olduğu qeyd edilir.
Qeyd edək ki, daha əvvəl bazara edilən dron zərbələri nəticəsində bir neçə azərbaycanlının yaralandığı barədə məlumat yayılmışdı.
