İstanbulda yaşayış binası çökdü

İstanbulda yaşayış binası çökdü

Xəbəraxını xəbər verir ki, İstanbulun Maltepe rayonunda səhər saatlarında 7 mərtəbəli binanın bir hissəsinin çökməsi nəticəsində axtarış-xilasetmə əməliyyatı başlayıb.

Hadisə Cevizli məhəlləsində, Doğu küçəsində yerləşən binada baş verib. İlkin məlumata görə, tikilinin ilk üç mərtəbəsi naməlum səbəbdən çöküb.

Hadisə yerinə AFAD, yanğınsöndürənlər, polis, təcili tibbi yardım və UMKE qrupları göndərilib. Binanın çökməyən hissəsində qalan sakinlər təxliyə olunub, dağıntılar altında insanların olub-olmadığını müəyyənləşdirmək üçün xüsusi texnika və axtarış itlərindən istifadə edilir.

İstanbul valisi Davut Gülün açıqlamasına əsasən, binada ümumilikdə 12 mənzil və qeydiyyatda 33 sakin olub. Çökmə nəticəsində dörd mənzilə zərər dəyib. Həmin mənzillərdə qeydiyyatda olan 14 nəfərdən ikisinin hadisə zamanı şəhərdən kənarda olduğu müəyyənləşdirilib.

Xilasetmə əməliyyatının gedişində 5 nəfər dağıntılar altından sağ çıxarılıb. Enkaz altında qaldığı ehtimal edilən 7 nəfərdən 4-ü ilə əlaqə yaradılıb. Digər şəxslərin tapılması üçün işlər davam etdirilir.

Məlumata görə, bina 1987-ci ildə inşa olunub. Maltepe bələdiyyəsinin rəhbəri Esin Köymen isə tikilinin üst iki mərtəbəsinin qanunsuz inşa edildiyini açıqlayıb. Binanın çökməsinə səbəb olan amillərin müəyyənləşdirilməsi ilə bağlı araşdırma aparılır.

Hadisə ilə bağlı Anadolu Respublika Baş Prokurorluğu tərəfindən də araşdırma başladılıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir