İstanbul Texniki Universitetinin (İTU) Qarabağ Universitetində akademik bölmələr yaratması ilə bağlı qərar qəbul edilib. Müvafiq qərarı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan imzalayıb. Qərara əsasən, Qarabağ Universitetinin strukturunda İstanbul Texniki Universitetinin rektorluğuna tabe olacaq akademik bölmələr fəaliyyət göstərəcək.
Yeni akademik bölmələrin yaradılması iki ali təhsil müəssisəsi arasında əməkdaşlığın genişləndirilməsi baxımından mühüm addım kimi qiymətləndirilir.
