İşğaldan azad edilmiş ərazilərdə işə qəbul müsahibəsi elan edildi

İşğaldan azad edilmiş ərazilərdə işə qəbul müsahibəsi elan edildi

İşğaldan azad edilmiş ərazilərdə tərbiyəçi-müəllim vəzifəsində çalışmaq istəyən namizədlər üçün işə qəbul üzrə müsahibə elan edilib.

“Xəbəraxını“nın Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə (MÜTDA) əsasən verdiyi görə məlumata görə, Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə yaşayan, eləcə də digər dövlət məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllim vəzifəsində çalışan şəxslər müsabiqədənkənar qaydada işə qəbul ediləcəklər.

Vakansiya seçimində yalnız 2025-ci ildə keçirilmiş tərbiyəçi-müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edən namizədlər qeydiyyatdan keçə bilərlər.

Müsahibədən uğurla keçən və ən yüksək test balına malik olan namizəd seçdiyi vakant vəzifəyə təyin ediləcək.

Qeydiyyat zamanı şəxsi məlumatların düzgün, tam və dəqiq şəkildə daxil edilməsi xahiş olunur.

Qeydiyyatın son tarixi: 5 oktyabr 2026-cı il, saat 10:00.

Qeydiyyat linki: https://forms.gle/FyrS2vDSvU2ZYPGF9

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir