İranda partlayış olub

İranda partlayış olub

İranın körfəzdəki əsas neft ixrac terminallarından birinin yerləşdiyi Xark adası ərazisində bir neçə partlayış baş verib.

Bu barədə İran KİV-i məlumat yayıb.

Bildirilib ki, sentyabrın 5-də Xark adası yaxınlığında bir neçə partlayışın səsi eşidilib. Hadisənin səbəbi və partlayışların mənbəyi hələlik müəyyən edilməyib.

İran mediası isə ABŞ-ın Xark adası sahillərində neft tankerinə zərbə endirdiyini iddia edib. Məlumata görə, hadisə nəticəsində ölən olmayıb.

Hadisə ilə bağlı rəsmi açıqlama verilməyib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir