İran rialı dollara qarşı rekord həddə ucuzlaşıb

İran rialı dollara qarşı rekord həddə ucuzlaşıb

Vaşinqtonun Tehrana təzyiqlərinin artdığı bir vaxtda İranın milli valyutası rial xarici valyutalara qarşı rekord səviyyədə dəyər itirib.

“Shafaq News”a istinadən məlumata görə, Tehranın açıq bazarında 1 dolların məzənnəsi 2,2 milyon rialı (220 000 tümən) keçib. Bununla da dollar qarşısında rialın məzənnəsi indiyədək ən yüksək səviyyəyə çatıb.

Bazarda Britaniya funtu 296 000 tümənə, avro təxminən 254 000 tümənə, BƏƏ dirhəmi isə 60 260 tümənə satılıb.

Valyuta məzənnələrindəki kəskin artım İranın qızıl bazarına da təsir göstərib. Belə ki, ölkədə “Emami sikkəsi” kimi tanınan yeni dizaynlı qızıl sikkənin qiyməti 226 milyon tüməni ötüb.

Xarici KİV-in məlumatına görə, ABŞ-İran hərbi qarşıdurmasının yenidən başlaması və ABŞ tərəfindən tətbiq olunan blokada İran iqtisadiyyatı, eləcə də xam neft ixracı üzərində ciddi təzyiq yaradıb. İran mart ayında gündəlik 2 milyon barel neft satdığı halda, hazırda bu göstəricinin təxminən 220 000-255 000 barelə qədər azaldığı bildirilir.

İran Mərkəzi Bankının sədri Əbdülnasir Həmmati isə ölkənin kifayət qədər xarici valyuta ehtiyatlarına malik olduğunu açıqlayıb. O, bazardakı dəyişkənliyin qarşısını almaq məqsədilə 2 milyard dollara qədər vəsait yatırmağa hazır olduqlarını bildirib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir