İran ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “MQ-9 Reaper” tipli pilotsuz uçuş aparatının (PUA) Hörmüz boğazının şərq hissəsində vurulduğunu açıqlayıb.
“Fars”ın məlumatına görə, PUA İran İslam İnqilabı Keşikçiləri Korpusunun hava hücumundan müdafiə qüvvələri tərəfindən hədəfə alınıb.
İran tərəfi bildirib ki, ABŞ-yə məxsus pilotsuz uçuş aparatı Hörmüz boğazının şərq hissəsində vurulub.
