Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə İran Prezidenti Məsud Pezeşkianın görüşü keçirilir.
Xəbəraxını xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Görüş Azərbaycan və İran liderlərinin Türkmənistanda olduğu bir vaxtda baş tutur. İlham Əliyev MDB Dövlət Başçıları Şurasının tədbirlərində iştirak etmək üçün bu ölkəyə səfər edib.
