İlham Əliyev və Mehriban Əliyeva Dünya Köçəri Oyunlarının açılışında

İlham Əliyev və Mehriban Əliyeva Dünya Köçəri Oyunlarının açılışında

Qırğızıstanın paytaxtı Bişkekdə VI Dünya Köçəri Oyunlarının açılış mərasimi keçirilir.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak edirlər.

Qeyd edək ki, Dünya Köçəri Oyunlarının əsas hədəflərindən biri əsrlər boyunca müxtəlif xalqları bir araya gətirən dostluq, həmrəylik və qarşılıqlı hörmət dəyərlərinin təşviq edilməsidir.

Beynəlxalq tədbir köçəri sivilizasiyasının zəngin irsinin, mədəniyyətinin, qədim adət-ənənələrinin və milli dəyərlərinin nümayiş etdirilməsi, qorunması və gələcək nəsillərə çatdırılması baxımından mühüm platforma hesab olunur.

Müxtəlif ölkələrdən nümayəndələrin iştirak etdiyi Oyunlar çərçivəsində köçəri xalqların tarixindən gələn ənənəvi idman növləri üzrə yarışlar keçirilir. Proqramda atçılıq, güləş, oxatma və digər milli idman növləri yer alır.

Sentyabrın 6-dək davam edəcək tədbir zamanı iştirakçı ölkələrin mədəni irsi, milli adət-ənənələri və özünəməxsus mədəni nümunələri də təqdim ediləcək.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir