İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev İliyana Yotovanı Bolqarıstan Respublikasının Prezidenti seçilməsi münasibətilə təbrik məktubu ünvanlayıb.

Xəbəraxını xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb.

Dövlət başçısı məktubunda Azərbaycan və Bolqarıstan arasında münasibətlərin qarşılıqlı hörmət və etimad prinsipləri əsasında inkişaf etməsindən məmnunluğunu ifadə edib.

İlham Əliyev iki ölkə arasındakı dostluq əlaqələrinin möhkəmləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığın və strateji tərəfdaşlığın davam etdirilməsi istiqamətində birgə səylərin bundan sonra da davam edəcəyinə əminliyini bildirib.

Prezident İliyana Yotovaya möhkəm cansağlığı, xoşbəxtlik, Bolqarıstan xalqının rifahı naminə həyata keçirəcəyi ali dövlət fəaliyyətində uğurlar arzulayıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir