İlham Əliyev 500 min dollarlıq mükafatı Qarabağ Dirçəliş Fonduna bağışladı

İlham Əliyev 500 min dollarlıq mükafatı Qarabağ Dirçəliş Fonduna bağışladı

Sentyabrın 14-də Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalam Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı dövlət başçısına “Zayed İnsan Qardaşlığı Mükafatı”nın sertifikatını təqdim edib.

Prezident İlham Əliyev Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması istiqamətində göstərdiyi səylərə görə 2026-cı il üzrə “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülüb.

Mükafatın şərtlərinə əsasən, Azərbaycan Prezidentinə 500 min ABŞ dolları məbləğində pul vəsaiti təqdim olunur.

İlham Əliyev həmin məbləğin tam şəkildə Qarabağ Dirçəliş Fonduna köçürülməsi barədə qərar qəbul edib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir