III Çarlz Harri və Meqan Markla maliyyə dəstəyi göstərməyəcək
Böyük Britaniya kralı III Çarlz şahzadə Harri və həyat yoldaşı Meqan Markla maliyyə dəstəyi göstərməyəcək.
Bu barədə “GB News” məlumat yayıb.
Məlumata görə, kral III Çarlz Harri və Meqanın Böyük Britaniyaya qayıtmasından sonra onların xərclərini qarşılamayacaq. Buna səbəb cütlüyün artıq kral ailəsinin fəaliyyət göstərən üzvləri olmamasıdır.
Bildirilir ki, Harri və Meqan gəlirlərini brendlərlə əməkdaşlıq, ictimai çıxışlar və Meqanın ev əşyaları brendi vasitəsilə əldə edəcəklər.
Cütlüyün övladları ilə birlikdə Kotsvolds bölgəsində məskunlaşacağı gözlənilir.
