İdman kompleksinin rəhbəri həbs edildi

İdman kompleksinin rəhbəri həbs edildi

Quba Olimpiya İdman Kompleksinin direktoru Rəşid Orucov həbs olunub. İş üzrə kompleksin mühasibi Vidadi Şirinov da cinayət məsuliyyətinə cəlb edilib.

Xəbəraxını xəbər verir ki, bu barədə “Report” məlumat yayıb. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan araşdırmalar zamanı “Azəridmanservis” MMC-nin Quba İdman, istirahət, təlim və tədris kompleksində qanunazidd hərəkətlər aşkar edilib.

Rəşid Orucov və Vidadi Şirinov mənimsəmə və vəzifə cinayətlərində təqsirləndirilirlər. İş üzrə dövlətə və ya müvafiq quruma dəymiş ziyanın məbləğinin 500 min manatdan çox olduğu bildirilir.

Binəqədi Rayon Məhkəməsinin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir