Həkimlərin maaşı artırılır – yeni məbləğlər açıqlanıb

Həkimlərin maaşı artırılır – yeni məbləğlər açıqlanıb

İslahat nəticəsində ilkin səhiyyə xidmətində çalışan ailə və sahə həkimlərinin aylıq əməkhaqqı 1 150 manatdan 2 000 manata yüksəldiləcək.

TƏBİB-in icraçı direktoru Anar Bayramov bildirib ki, təcili tibbi yardım sahəsində çalışan həkimlərin də maaşları artırılacaq. Respublika Təcili Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində həkimlərin maaşı 1 550 manatdan 2 200 manata, tibb mərkəzlərinin təcili yardım şöbələrində isə 2 500 manata çatdırılacaq. 3A və 3B kateqoriyalı tibb müəssisələrində çalışan həkimlərin maaşı isə 2 100 manatdan 3 000 manata yüksələcək.

Regionlarda kadr çatışmazlığının aradan qaldırılması məqsədilə bəzi ixtisaslar üzrə də xüsusi əlavələr tətbiq olunacaq. Uşaq anestezioloq-reanimatoloqlarının maaşı 3 000 manata, neonatoloqların 2 400 manata, hemodializ həkimlərinin isə 2 250 manata çatdırılacaq.

Bundan əlavə, kadr çatışmazlığı olan regionlarda mama-ginekologiya, neyrocərrahiyyə, uşaq cərrahiyyəsi, ürək-damar cərrahiyyəsi, üz-çənə cərrahiyyəsi və travmatologiya üzrə həkimlərin maaşı 2 150 manat olacaq

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir