Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevi III dərəcəli “Xidmətlərə görə” ordeni ilə təltif edib.
Bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuriy Husyev sosial şəbəkə hesablarında məlumat yayıb.Səfir bildirib ki, Volodimir Zelenski bir sıra beynəlxalq tərəfdaşları Ukraynanın dövlət mükafatları ilə təltif edib. Təltif olunanlar arasında Hikmət Hacıyev də yer alıb.
