Hərbi xidmətdən yayınmaq üçün özlərinə xəsarət yetirənlər var – 5 fakt üzrə cinayət işi

Hərbi xidmətdən yayınmaq üçün özlərinə xəsarət yetirənlər var – 5 fakt üzrə cinayət işi

Azərbaycanda həqiqi hərbi xidmətdən yayınma cəhdləri ilə bağlı beş cinayət işi başlanılıb.

Xəbəraxını xəbər verir ki, bu barədə Respublika Hərbi Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, çağırış yaşında olan bəzi şəxslər müxtəlif xəstəlikləri bəhanə gətirməklə, özlərinə xəsarət yetirərək psixi və nevrotik pozuntuları təqlid etməklə, hətta tibbi zərurət olmadığı halda cərrahi əməliyyatlar etdirməklə hərbi xidmətdən yayınmağa çalışırlar.

Qurumun məlumatına əsasən, cari ilin iyul və oktyabr çağırışları zamanı bu cür beş fakt qeydə alınıb. Hərbi qeydiyyatda Gəncə şəhər idarəsi, İmişli rayon şöbəsi, eləcə də Qobustan və Şuşa rayon bölmələrində olan çağırışçılar barəsində Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə cinayət işləri başlanılıb. Hazırda həmin işlər üzrə istintaq tədbirləri davam etdirilir.

Hərbi Prokurorluq vətəndaşların diqqətinə çatdırıb ki, Vətənin müdafiəsi hər kəsin konstitusion borcudur. Cinayət Məcəlləsinin 321.1-ci maddəsinə əsasən, üzrlü səbəb olmadan tibbi müayinəyə, müddətli həqiqi hərbi xidmətə, hərbi toplanışlara və ya səfərbərlik üzrə xidmətə çağırışa gəlməmək cinayət məsuliyyəti yaradır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir