Gəncə şəhərinin 28 May küçəsində iki avtomobilin toqquşması nəticəsində üç nəfər xəsarət alıb.
Qəza “Audi” və VAZ-2107 markalı avtomobillərin iştirakı ilə baş verib. Hadisə zamanı 1997-ci il təvəllüdlü Ruzi Mustafayev, 1990-cı il təvəllüdlü Seymur Qurbanov və 1986-cı il təvəllüdlü Xəyal Məmmədov müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Gəncə şəhərində yerləşən müxtəlif xəstəxanalara çatdırılıblar. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.
Qəzanın səbəblərinin müəyyənləşdirilməsi ilə bağlı araşdırma aparılır.
