Göygöl rayonunun Keşkü kəndində III Moruq Festivalı keçirilir.
Tədbirin ilk günündə ziyarətçilərə sənətkarların əl işləri, innovasiya sərgi zonaları, kənd təsərrüfatı və yerli məhsullar təqdim olunur. Həmçinin qədim xalçalar sərgisi və idmançıların nümunəvi çıxışları təşkil edilib.
Gün ərzində uşaqlar üçün əyləncə proqramları, milli mətbəx nümunələri və ictimai iaşə xidmətləri, eləcə də müxtəlif idman oyunları keçiriləcək.
Festivalın rəsmi açılış mərasimindən sonra musiqiçilərin iştirakı ilə konsert proqramı təqdim olunacaq. Daha sonra DJ çıxışı və film nümayişi baş tutacaq.
Festivalın ikinci günü – sentyabrın 6-da isə kənd təsərrüfatı və yerli məhsulların sərgi-satışı, sənətkarlıq nümunələrinin və qədim xalçaların nümayişi, idman proqramları, uşaqlar üçün interaktiv əyləncələr, folklor və rəqs çıxışları təşkil ediləcək.
Festival günün sonunda konsert proqramı və DJ-in əyləncə şousu ilə başa çatacaq.
