2020-ci ilin oktyabrında Gəncədə mülki əhalinin yaşadığı ərazilərə endirilən raket zərbələrindən altı il ötür. Hücum nəticəsində dinc sakinlər həyatını itirib, onlarla insan yaralanıb.
Xəbəraxını xəbər verir ki, 2020-ci il oktyabrın 11-də gecə saat 02:00 radələrində Ermənistan ərazisindən Gəncəyə ballistik raket atılıb.
Hücum humanitar atəşkəs rejiminin qüvvəyə minməsindən bir gün sonra baş verib. Raketlərin çoxmənzilli yaşayış binalarına düşməsi nəticəsində dördü qadın olmaqla 10 nəfər həlak olub, 34 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Hadisə zamanı şəhərin mülki infrastrukturu da ciddi zərər görüb. 10-dan çox yaşayış binasına və 100-dən artıq müxtəlif təyinatlı obyektə ziyan dəyib.
