Formula 1-ə görə Bakıda 5 məktəb distant təhsilə keçib

Formula 1-ə görə Bakıda 5 məktəb distant təhsilə keçib

Formula 1 üzrə Azərbaycan Qran-Prisinin keçirilməsi ilə əlaqədar bu gündən Bakıda 5 ümumi təhsil müəssisəsində tədris distant formada təşkil olunur.

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.

Bildirilib ki, Bakı Şəhər Halqasının əhatə etdiyi prospekt və küçələrdə sentyabrın 22-dən 27-dək nəqliyyatın hərəkətinə məhdudiyyətlərin tətbiq ediləcəyini nəzərə alaraq, bəzi məktəblərdə tədrisin məsafədən təşkili qərara alınıb.

Belə ki, Tofiq İsmayılov adına 6 nömrəli lisey, Kərim Kərimov adına 8 nömrəli tam orta ümumtəhsil məktəbi, Tahir Həsənov adına 23 nömrəli tam orta ümumtəhsil məktəbi, 132-134 nömrəli lisey və İlyas Əfəndiyev adına Elitar gimnaziyada sentyabrın 22-dən 26-dək dərslər distant formada keçiriləcək.

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar Bakının müəyyən ərazilərində nəqliyyatın hərəkətinə məhdudiyyətlər tətbiq olunur.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir