Dünya futbolunun tanınmış simaları yaxın günlərdə Bakıda bir araya gələcək. FİFA-nın qlobal futbol inkişafı üzrə rəhbəri Arsen Venger artıq Azərbaycana gəlib.
Xəbəraxını xəbər verir ki, Venger sabah start götürəcək U-15 yığma komandalarının dünya çempionatı və festivalı ilə əlaqədar ölkəmizə səfər edib.
FİFA Hakimlər Komitəsinin sədri Pyerluici Kollinanın da Bakıya gələcəyi gözlənilir. Bundan başqa, qurumun prezidenti Canni İnfantino da paytaxtımızda olacaq.
Dünya futbolunun bir neçə məşhur ulduzunun isə oktyabrın 30-da keçiriləcək dünya çempionatının həlledici qarşılaşmasını izləmək üçün Bakıya səfər edəcəyi bildirilir. Həmin şəxslərin adları hələlik açıqlanmayıb.
