Ermənistanın Sünik vilayətində qanunsuz ağac kəsimi faktı üzə çıxıb. Hadisə Qafan meşə təsərrüfatına aid Çakaten meşəbəyliyinin ərazisində qeydə alınıb.
Xəbəraxını xəbər verir ki, bu barədə “Armenia Today” məlumat yayıb.
Bildirilib ki, ərazidə ekopatrul xidmətinin əməkdaşları tərəfindən keçirilən yoxlama zamanı iki nəfər kəsilmiş ağacların qanuni mənşəyini təsdiqləyən sənədləri təqdim edə bilməyib.
Aşkarlanan oduncaq mühafizə məqsədilə meşə təsərrüfatına təhvil verilib. Ehtimal olunan pozuntu ilə əlaqədar şəxslər barəsində protokollar hazırlanıb, ətraf mühitə dəymiş zərərin məbləği hesablanıb.
Qeyd edək ki, Ermənistanın Sünik vilayətində yerləşən Çakaten kəndi Azərbaycanın Qubadlı rayonunun Eyvazlı kəndi ilə həmsərhəddir.
Hadisə ilə bağlı açıqlamada kəsilmiş ağacların sayı, hesablanmış zərərin məbləği və məsuliyyət daşıdığı ehtimal edilən şəxslər barədə əlavə məlumat verilməyib.
