Ermənistan və Türkiyə arasında ticarətdə YENİ MƏRHƏLƏ – Rəsmi proses başladı

Ermənistan və Türkiyə arasında ticarətdə YENİ MƏRHƏLƏ – Rəsmi proses başladı

Ermənistan və Türkiyə arasında birbaşa qarşılıqlı ticarətin rəsmiləşdirilməsi prosesinə başlanılıb.

Xəbəraxını xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə çıxışı zamanı bildirib.

Ermənistan mediasının məlumatına görə, nazir qeyd edib ki, indiyədək gömrük sənədlərində malların satışı texniki olaraq üçüncü ölkələrə aid göstərilib. Buna baxmayaraq, məhsullar fiziki olaraq Ermənistan və Türkiyə arasında, əsasən Gürcüstan üzərindən daşınıb.

Mirzoyan iki ölkə arasında sərhədin açılması və diplomatik münasibətlərin qurulması məsələsinə də toxunub. O bildirib ki, proses artıq bu addımların atılması üçün kifayət qədər irəliləyib və sərhəd istənilən vaxt açıla, diplomatik əlaqələr qurula bilər.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir