Ermənistan və Qırğızıstan göllərin mühafizəsi sahəsində əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər.
Xəbəraxını Ermənistan mediasına istinadən xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyanla Qırğızıstan Prezidenti Sadır Japarov arasında keçirilən görüşdə 2027-2028-ci illərdə iki ölkənin mədəniyyət günlərinin təşkili məsələsi də razılaşdırılıb.
Danışıqlar zamanı siyasi dialoqun gücləndirilməsi, ticarət-iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının inkişafı, həmçinin regional sülh və təhlükəsizlik məsələləri müzakirə olunub.
Görüşün nəticələrindən biri Ermənistanın Ətraf Mühit Nazirliyi ilə Qırğızıstanın Təbii Sərvətlər, Ekologiya və Texniki Nəzarət Nazirliyi arasında Göyçə gölü və İssık-Kul gölünün qorunması sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumunun imzalanması olub.
