Ərdoğandan türk dünyasına mühüm mesaj: “Birlik içində dayanacağıq”

Ərdoğandan türk dünyasına mühüm mesaj: “Birlik içində dayanacağıq”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türk dövlətləri arasında qardaşlıq və birliyin sarsılmaz olduğunu, bu həmrəyliyin qorunacağını bəyan edib.

Xəbəraxını xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Ərdoğan hökumətin iclasından sonra çıxışında Türk Dövlətləri Təşkilatının 13-cü Zirvə toplantısının oktyabrın 30-da Ankarada keçiriləcəyini bildirib.

Türkiyə lideri qeyd edib ki, türk dünyası ortaq qardaşlığa xələl gətirmək istəyən qüvvələr qarşısında birlik və bərabərlik nümayiş etdirməyə davam edəcək.

“İnanıram ki, türk dünyası olaraq sarsılmaz qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında yenə də birlik və bərabərlik içində dayanacağıq”, – deyə Rəcəb Tayyib Ərdoğan vurğulayıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir