Ərdoğan İlham Əliyevə zəng edib

Ərdoğan İlham Əliyevə zəng edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Xəbəraxını.com  “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, telefon danışığı 27 Sentyabr – Anım Günü münasibətilə baş tutub.

Dövlət başçıları arasında baş tutan söhbət zamanı Türkiyə lideri Vətən müharibəsi şəhidlərini dərin hörmət və ehtiramla yad edib, onlara Allahdan rəhmət diləyib.

Danışıq zamanı “İki dövlət, tək millət” prinsipi əsasında qurulan sarsılmaz qardaşlıq və müttəfiqlik münasibətləri yüksək qiymətləndirilib. Ərdoğan hər zaman qardaş Azərbaycanın yanında olduqlarını bəyan edib.

Tərəflər həmçinin Qarabağda aparılan bərpa-quruculuq işlərini və regionda davamlı sülhün təmin olunması istiqamətində görülən birgə tədbirləri müzakirə ediblər.

Xatırladaq ki, Türkiyə Prezidenti rəsmi sosial media hesabında da Anım Günü ilə bağlı paylaşım etmişdi. Paylaşımda deyilir:

“Dost və qardaş Azərbaycanın Anım Günü münasibətilə Qarabağı işğaldan azad etmək, azadlığına qovuşdurmaq üçün mübarizə aparan qəhrəman şəhidlərimizi rəhmətlə, qazilərimizi hürmətlə anıram. Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq belə qalacaq”.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir