Çin-Nepal sərhədində güclü sel: 22 nəfər ölüb, yüzlərlə insan itkin düşüb

Çin-Nepal sərhədində güclü sel: 22 nəfər ölüb, yüzlərlə insan itkin düşüb

Çin və Nepal sərhədində güclü sel və torpaq sürüşməsi ağır fəsadlara səbəb olub.

“Reuters”in məlumatına görə, təbii fəlakət nəticəsində azı 22 nəfərin cəsədi aşkarlanıb. Bununla yanaşı, aralarında xarici vətəndaşların da olduğu təxminən 400 nəfərin itkin düşdüyü bildirilir.

Hadisəyə dağlıq ərazidən böyük həcmdə su kütləsinin Bhote Koşi çayına axması səbəb olub. Güclü sel nəticəsində Çinlə Nepal arasındakı sərhəd-keçid məntəqəsi də dağılıb.

Təbii fəlakətin baş verdiyi ərazidə axtarış-xilasetmə işləri davam etdirilir. İtkin düşən şəxslərin taleyi ilə bağlı məlumatların dəqiqləşdirilməsi istiqamətində iş aparılır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir