Çin-Nepal sərhədində baş verən güclü daşqın və torpaq sürüşmələri nəticəsində ölən və itkin düşənlərin sayı artmaqda davam edir. “BBC News” hadisə ilə bağlı yeni rəqəmləri açıqlayıb. Məlumata əsasən, Nepalda təbii fəlakət nəticəsində 900 nəfər itkin düşüb, ən azı 332 nəfər həyatını itirib.
Çinin Tibet bölgəsində isə 558 nəfərin itkin düşdüyü, 3 nəfərin öldüyü bildirilir. Beləliklə, sərhədin hər iki tərəfində itkin düşənlərin ümumi sayı 1458 nəfərə çatıb. Ölənlərin ümumi sayı isə ən azı 335 nəfərdir. Fəlakət nəticəsində sərhədin hər iki tərəfində çoxsaylı əcnəbinin də itkin düşdüyü qeyd olunur. Onların arasında 178 Hindistan, 127 Nepal, 65 ABŞ və 33 Böyük Britaniya vətəndaşının olduğu bildirilir. Bundan başqa, itkinlər arasında onlarla hərbçi və polis əməkdaşının da olduğu açıqlanıb.
Qeyd edək ki, təbii fəlakət dağlıq ərazidən böyük həcmdə su kütləsinin Bhote-Koşi çayına axması nəticəsində baş verib. Güclü su axını daşqın və torpaq sürüşmələrinə səbəb olub, nəticədə yaşayış məntəqələri və yollar ciddi zərər görüb.
