Ceyranbatanda bədbəxt hadisə: ana və balanı maşın vurdu

Ceyranbatanda bədbəxt hadisə: ana və balanı maşın vurdu

Abşeron rayonunun Ceyranbatan qəsəbəsində ana və övladı yol qəzasına düşüb. Onları yolu keçmək istəyərkən avtomobil vurub.

Xəbəraxını xəbər verir ki, bu barədə “Report” məlumat yayıb.

Hadisə Bakı-Quba yolunun Ceyranbatan qəsəbəsindən keçən hissəsində qeydə alınıb. İlkin məlumata görə, “Hyundai Santa Fe” markalı minik avtomobili yolu keçmək istəyən ana və övladını vurub.

Müxtəlif bədən xəsarətləri alan ana və övladı Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir